16 Fevral 2018 12:16
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilər hər bir ölkə üçün mühüm prosesdir. Azərbaycanda baş tutacaq seçkilərin açıq və demokratik keçəcəyinə ümid edirik.

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestudis Yankauskas aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini şərh edərkən deyib.

Seçkilərdə Aİ-dən müşahidəçilərin olub-olmayacağı ilə bağlı suala səfir belə cavab verib:

"Biz ATƏT və DTİHB təcrübəsinə əsaslanırıq. Avropa Parlamenti dəvət olunmayıb. Azərbaycan üzvü olduğu təşkilatlara dəvət göndərib. Biz indi ATƏT DTİHB-nin qərarını gözləyirik".

Səfir qeyd edib ki, ASAN və ABAD Azərbaycanın yeni simasını təmsil edir. Bu strukturlar bu gün ölkənin brendlərinə çevrilib Aİ bu layihənin təməlində dayandığına görə şaddır.

"Bu layihəni dəstəkləyirik, amma onun uğuru əsasən təyinatından və ideyasından asılıdır", - K.Yanskauskas bildirib.

Səfir bu cür layihələrin insanların xidmətlərə çıxışının daha asan olmasını təmin edərək inkişafına və nəticə qazandıracağına ümidvar olduğunu vurğulayıb.

O söyləyib ki, Aİ UNDP ilə birlikdə ABAD-ə dəstək verməyə davam edəcək./Report/


Müəllif: Teleqraf.com