20 İyul 2016 20:33
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Türkiyənin Azərbaycandakı səfirliyində olublar.

Bu barədə Teleqraf.com-a Şuradan məlumat verilib.

Ə.Amaşov Türkiyədə dövlət çevrilişinə cəhd gedişində çoxsaylı insan tələfatı ilə müşaiyət olunan hadisələrdən təəsüfləndiyini bildirib, kədərini ifadə edərək başsağlığı verib. MŞ sədri Azərbaycan xalqı kimi, Azərbaycan mediasının da Türkiyənin legitim hakimiyyətini dəstəklədiyini bildirib, qardaş ölkənin dövlətçilik maraqlarının təhdid olunmasının yolverilməzliyini vurğulayıb.

Ə.Amaşov və Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Çoşkun Azərbaycan və Türkiyənin möhkəm təməllərə əsaslanan dostluq, qardaşlıq, strateji müttəfiqlik münasibətlərinin bugünkü durumu, həmçinin hər iki ölkə mediasının perspektiv əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıblar.

SƏXAVƏT


Müəllif: