21 Aprel 00:13

Uzunömürlü canlıların özəlliyi

Teleqraf.com Yutub video-paylaşım şəbəkəsində yayımlanmış bir video vasitəsilə uzunömürlü canlıların özəlliyini təqdim edir.

Planaryalar

Dənizdə və şirin sularda yaşayan yastı qurdlar sinfinə aiddir. Qurdlar özlərini yeniliyə bilərək uzun illər yaşaya bilirlər. Planaryalara hissələrə bölündükdə belə yenidən bütov planaryaya çevrilə bilirlər. Ekpert bir planayanı 279 hissəyə bölüblər. Nəticədə hər bir hissə müəyyən müddətdən sonra sərbəst planaryaya çevrilib. Onlar başqa canlı tərəfindən yeyildikdə yaxud da yandırıldıqda ölürlər.

Su ayıları

Şirin sularda və nəmli yerlərdə yaşaya bilən mikroskopik canlıdır. Su ayısı adı kimi, böyük və güclü canlı deyil. Amma yer üzərində yaşayan ən dayanıqlı canlılar su ayılarıdır.

Çünki bu canlılar bütün mühitdə yaşaya bilirlər. Torpaqda və suda yaşayan su ayıları radiasiyanın mövcud olduğu yer, isti su və buzlaqlarda yaşaya bilirlər. Hətta kosmosda yaşaya bilən yeganə canlı növüdür. Elm adamları onların həyatda qalmasını qışı yuxusuna getməsiylə əlaqələndirirlər.

Hidralar

İncə və kiçik su polipləridir. Bu kiçik canlılar çox hüceyrəli canlıların bir növüdür. Hidraların ən yaxın qohumları dəniz mərcanlarıdır. Onların bədəni həssas sinirlərdən ibarətdir. Elm adamları hidraların sinir sistemlərinin konkret bir nöqtədə olduğunu güman edirlər. Onların qeyri-adi yenilənmə bacarıqları var. Hidralar başqa canlıya yem olaraq və yaxud da xəstələnərək ölürlər.

Ölümsüz dəniz anası

Bu heyvanların yaşlanaraq ölməsi imkansızdır. Çünki bu heyvanlar meduza mərhəlisndə ölə bildikləri halda polip mərhələsinə qayıdaraq sonsuza qədər yaşayırlar. Dəniz analarının qeyri-adi bacarığı ondan ibarətdir ki, onlar ölümsüzdürlər. Onları məhv etmək, yaxud da hansısa canlı tərəfindən yeyildikdə ölürlər. Onun beyninin bir hissəsi ayrıldıqda belə həmin hissə yenidən bərpa edilir.

Bu xüsusiyyət kərtənkələrdə də mövcuddur. Amma kərtənkələrdə yenilənmə sadəcə quyruq hissəsi ilə kifayətlənirlər. Amma dəniz anası bütün bədəninin bərpa etmək bacarığına malikdir.

Aksolotlar

Digər canlılardan fərqli olaraq quruda yaşaya bilmirlər.

Suda yaşayan bu canlının ən böyük özəlliyi dəniz anası kimi özü-özünü bərpa emtək qabiliyyətinə malik olmasıdır. Onların da beyninin bir hissəsi qoparsa belə, o hissə yenidən bərpa olunur. Özünü bərpa baxımından ən üst səviyyəsində olan canlılar kimi tanınır. İnsanlar konkret, bəlli sayda sinir hüceyrələri ilə doğulur və ömrü boyu həmin sünir hüceyrələrinin bərpası olmur. Buna görə də altseymer, parkinson və iflic kimi sinir xəstəlikləri tamamilə müalicə edilmir.

Sadəcə, inkişafının qarşısı alınır. Ancaq aksolotların sinir hüceyrələrini belə yeniləyə bilməsi mükəmməl kəşfdir. Elm adamlarının askolotlar üzərindəki təcrübəsinin müsbət nəticəsi olarsa, bunun sayəsində insanlarda sinir xəstəlikləriylə yanaşı bütün xəstəliklər sağalacaq.


Rəqsanə