26 May 2017 10:04
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev mayın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

Teleqraf.com-un xəbərinə görə, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı abidənin önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.


Müəllif: Teleqraf.com