21 İyul 2017 17:51
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.


Müəllif: İlhamə Əbülfət