27 İyul 2017 11:16
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycanda hemodializlə müalicə alan xəstələrin ən kiçiyi 3, ən yaşlısı 85 yaşındadır.

Teleqraf.com xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzdə Hemiodializ şöbəsinin müdiri Mirhaşim Cəlalov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda respublikada 15 yaşa qədər 6 azyaşlı hemodializ xəstəsi var: “Xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyi tərəfindən tam təmin edilir. 719 nəfərə “Xroniki Böyrək Çatışmazlığı” proqramı üzrə böyrək köçürülüb.

Təkcə bu il ərzində 54 nəfərə böyrək köçürülüb. Hazırda respublika üzrə böyrək xəstələrinin sayı 3312-dir. Bunlardan 1329 nəfər Bakı, 1983 nəfər isə regionlarda tam dövlət hesablı hemodializlə müalicə alır. Bu xəstəlik üzrə orta yaş 35-55 yaş arasındadır. Yaşı 80-dən çox olan 40-a yaxın xəstəmiz var.Statistik rəqəmlər hemodializ xəstəliyinin cavanlaşdığını deməyə imkan verir”.

Həkimin sözlərinə görə, hazırda hemodializ xəstələri əsasən, cənub bölgəsində üstünlük təşkil edir: “Xəstəlikdən ölüm halları da qeydə alınır. İl ərzində təxminən 600 hemodializ xəstəsi dünyasını dəyişir. Son illəri müqayisə etsək, hemodializ xəstələrinin sayında 10-12 faiz artım qeydə alınıb. Xəstəliyin əsas səbəbi böyrək daşı,böyrək iltihabı və anomaliyalarıdır. Son vaxtlar isə şəkərli diabet xəstələrində böyrək problemlərinə daha çox rast gəlinir”.


Müəllif: İlhamə Əbülfət