17 Oktyabr 2017 11:17
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabahdan havanın temperaturu 2-3 dərəcə qalxacaq.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, yağışlı hava bu gün axşama kimi davam edəcək: “Dünən gündüz saatlarından başlayaraq bu gün səhərədək ölkə ərazisində hava şəraiti dəyişkən olub. Bu gün axşama kimi yağış yağmağa davam edəcək”.

Gülşad Məmmədova qeyd edib ki, sabahdan ölkə ərazisində havanın temperaturu bu günə nisbətən 2-3 dərəcə qalxacaq.


Müəllif: İlhamə Əbülfət