20 Oktyabr 2017 17:06
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya əhalisi oktyabrın 21-də ecazkar Orionida meteor yağışını izləyə biləcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasından Report-a bildirilib ki, meteor axını zamanı saatda 15-20 ulduz yağışı müşahidə ediləcək.

Bu səma şousunu şənbə gününə keçən gecə səma aydın olan zaman, Ay üfüqün arxasında itəndə görmək mümkün olacaq.

Astronomik hadisəni Yerin bütün sakinləri müşahidə edə biləcək. Orionun aydın göründüyü Şimal yarımkürəsi ölkələrində isə insanları daha gözəl mənzərə gözləyir.


Müəllif: Teleqraf.com