19 Yanvar 2018 11:17
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qida Təhlükəsizliyi Agentliyi ilə gömrük orqanlarının funksiyaları üst-üstə düşmür.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki qurum arasında səlahiyyət bölgüləri ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

A.Əliyev deyib ki,qida məhsullarına nəzarətlə bağlı bəzi funksiyaların Qida Təhlükəsizliyi Agentliyinə verilməsi normal haldır:

“Qida və yeyinti məhsulları üzərində bir sıra dövlət qurumları nəzarət həyata keçirir. Bəzi qurumların bir sıra səlahiyyətlərinin Qida Təhülkəsizliyi Agentliyinə verilməsi normaldır. Burada əsas məsələ yaxın vaxtlarda Fitosanitar və Sanitar Karantin Müfəttişliyinin hansı səlahiyyətlərinin Qida Təhlükəsizliyi Agentliyinə verilməsidir.

Bu gün 14 dövlət təşkilatı ilə əlaqələr qurmuşuq, elekron qaydada işlər həyata keçiririk.Təşkilati işlər başa çatana qədər gömrük oqranlarında həmin təşkilatların fəaliyyətinə şərait yaradacağıq”.


Müəllif: Teleqraf.com