23 Yanvar 2018 00:59
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentliyi (BNA) Sabunçu-Zabrat yolunun Sabunçu qəsəbəsindən keçən hissəsində dayanacaqların yerlərinin dəyişdirilməsini təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O qeyd edib ki, artıq həmin ərazidə, yolüstü piyada keçidinin yaxınlığında avtobus və taksi dayanacaq məntəqələrinin yerlərinin dəyişdirilməsi üçün Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına müvafiq müraciət göndərilib.

Ümumiyyətlə, Sabunçu-Zabrat yolunun bəzi hissələrində nəqliyyatın hərəkətinə çətinlik yaradan bir sıra nöqsanlara gəlincə, M.Ağayev vurğulayıb ki, bu məsələ BNA-nı da narahat edən məqamlardandır: "Həmin yoldakı problem də həllini tapacaq. Bakı Nəqliyyat Agentliyi bununla bağlı müvafiq qurumlarla iş aparır".

Qeyd edək ki, Sabunçu-Zabrat yolunun xüsusilə yolüstü piyada keçidinin yerləşdiyi hissəsində taksilərin avtobus dayanacaqlarında saxlaması, avtobusların isə yolun ikinci və üçüncü zolaqlarında saxlaması pik saatlarında tıxacların yaranmasına səbəb olur. (Trend)


Müəllif: Teleqraf.com