20 Fevral 2018 17:26
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinin yanvar təqaüdləri bu gün köçürülüb.

Bu barədə Teleqraf.com-a universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev məlumat verib.

Onun sözlərinə görə, tələbələr artıq təqaüdlərini ala bilərlər: “Mediada və sosial şəbəklərdə "tələbələrə 3 aydır təqaüd verilmir" iddiasına cavab olaraq bildirmək istəyirəm ki, hələ fevral ayının 20-dir. 2018-ci ilin nəinki ilk 3 ayı, heç 2 ayı da yekunlaşmayıb. Buna görə də səsləndirilən iddianın əsasız olduğunu bir daha vurğulayıram”.

Nicat Abdullayev qeyd edib ki, fevral ayının təqaüd alacaq tələbələrinin rekvizitləri Maliyyə Nazirliyinə təqdim olunub: “Müvafiq sənədləşmə və sistemləşmə işləri yekunlaşandan sonra tələbələrimiz fevral təqaüdlərini də ala biləcəklər”.

Qeyd edək ki, sosial şəbəklərdə AzTU-da tələbələrə 3 aydır təqaüd verilmədiyi xəbəri yayılıb.


Müəllif: İlhamə Əbülfət