23 Aprel 2018 16:29
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Soçi şəhərində Enerji Məsələlərini Tənzimləmə Orqanlarının Regional Birliyinin (ERRA) iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycanı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin sədri Samir Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclas çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi quruma assosiativ üzv seçilib və assosiativ üzvlük haqqında şəhadətnamə təqdim edilib.

Qeyd edək ki, hazırda 30 həqiqi və 7 assosiativ üzvü olan ERRA ilk növbədə Avropa, Asiya, Afrika, Orta Şərq ölkələrinin və ABŞ-ın enerji məsələlərini tənzimləyən orqanlarını özündə birləşdirən könüllü təşkilatdır. Təşkilat 1999-2008-ci illərdə ABŞ-nın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə yaradılıb. 2001-ci ildə təşkilat Macarıstanda rəsmi qeydiyyatdan keçib və katibliyi Budapeşt şəhərində yerləşir.


Müəllif: Teleqraf.com