22 Avqust 2014 15:23

Azərbaycanın İranın Təbriz şəhərindəki baş konsulu Əli Əlizadə avqustun 21-də bu ölkənin Urmiya şəhərində Qərbi Azərbaycan vilayətinin başçısı Qurbanəli Səadətlə görüşüb.

Teleqraf.com trend saytına istinadən məlumat verir ki, görüşdə Q.Səadət Qərbi Azərbaycan vilayəti və Azərbaycan Respublikasının çoxsaylı ortaq cəhətlərinə diqqət çəkərək iki tərəf arasında əməkdaşlığın daha da genişlənməsinin zəruriliyini vurğulayıb.

O qeyd edib ki, Qərbi Azərbaycan Azərbaycan Respublikası və Naxcıvan Muxtar Respublikası arasında əməkdaşlıq və münasibətlərin dərinləşməsini müsbət dəyərləndirir.

Vali, həmçinin Naxcıvan və Qərbi Azərbaycan arasındakı Poldəşt sərhəd keçid məntəqəsi infrastrukturunun inkişafı üzrə aparılan işləri vurğulayaraq, ticarət münasibətlərinin genişlənməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini deyib.

Ə.Əlizadə iki ölkə rəsmilərinin qarşılıqlı münasibətlərin gücləndirilməsi məqsədilə addım atdıqlarını deyərək ümidvar olduğunu bildirib ki, rəsmi şəxslərin fəaliyyəti nəticəsində Qərbi Azərbaycan və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsinin həcmi daha da artacaq.

O, həmçinin Q.Səadəti Azərbaycan Respublikasına səfərə dəvət edib.


Müəllif:
Загрузка...