14 May 2014 12:22
1 264

Ucar şəhərində 7 yaşlı qızı zorlayan kişi ölüb.

Polis tərəfindən saxlanılan Sahib İbrahimovun ölüm səbəbləri hələlik bilinmir. Lakin ehtimal olunur ki, o, intihar edib. Onun ölümü ilə bağlı bir sıra digər versiyalar da səsləndirilir.

Qeyd edək ki, bu ilin fevralında Ucar şəhərində 46 yaşlı Sahib İbrahimov 7 yaşlı qızını zorlamışdı. milli.az-ın məlumatına görə, ögey qızına qarşı əxlaqsızlıq edən ata məhkəmə qarşısına çıxarılıb.

Cinayət barədə məlumatı polisə qızın 34 yaşlı anası Natalya Volodina vermişdi. Rusiya vətəndaşı olan Natalya polisə deyib ki, qız qeyri-rəsmi yaşadığı Sahib tərəfindən zorlanıb.

Məhkəmənin hökmü ilə S.İbrahimov 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Müəllif: