2 Mart 2015 14:11

Bakı polisinin dilənçilərə qarşı reydləri davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, növbəti belə reyidi Çevik Polis Alayı, Nərimanov RPİ 17-ci PB və Nəsimi RPİ əməkdaşları keçirib. Paytaxt ərazisində dilənçiliklə məşğul olan 14 nəfər saxlanılıb. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Hacı Zeynalov


Müəllif: