8 İyun 2014 13:41
530

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası bu gün saat 03:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 35-ci kilometrliyində Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisindən keçən hissəində qeydə alınıb.

1983-cü il təvəllüdlü, Mingəçevir şəhər sakini, Ruslan Abdurəhman oğlu Osmanov idarə etdiyi “Wolksvagen” markalı 90-LF-573 dövlət nömrə nişanlı avtomobillə Mingəçevir isitqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobili Dəhnə çayı üzərindəki, təxminən 10 metr hündürlükdəki körpüdən aşaraq çaya düşüb. Nəticədə sürücü Ruslan Osmanov və onun hələki şəxsiyyəti məlum olmayan sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Baş vermiş qaza zamanı avtomobil deformasiyaya uğradığından əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon xüsusi riskli xilasetmə qrupu cəlb olunub. Cəsədlər xüsusi avadanalıqlar vasitəsilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsindən APA-ya verilən məlumata görə, ilkin məlumatda qəza nəticəsində ölən ikinci şəxsin sürücü Ruslan Osmanovun qardaşı Fəqan Osmanov olduğu bildirilsədə, sonradan aparılan araşdırma zamanı fakt təsdiqini tapmayıb. Aparılacaq araşdırmalardan sonra ölən ikinci şəxsin kimliyini demək mümkün olacaq.


Müəllif: