9 İyun 2014 16:41
395

Cari ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 6782 ədəd müxtəlif növ reabilitasiya vasitəsi, o cümlədən 149 ədəd əlil arabası əlilliyi olan şəxslərə təqdim edilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, həmçinin müxtəlif növlərdə ümumilikdə 1298 ədəd protez-ortopedik məmulat hazırlanaraq əlilliyi olan şəxslərin istifadəsinə verilib.
Əlilliyi olan şəxslərin müraciətləri əsasında onlara məxsus 353 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir olunub.

Son 5 ay ərzində ƏƏSMN-nin qeyd olunan müəssisələri tərəfindən əlilliyi olan şəxslər ümumilikdə 8433 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib.

Naibə


Müəllif: