4 İyul 2016 14:11

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları silah-sursatın aşkar olunması ilə bağlı əməliyyat keçiriblər.

Teleqraf.com xəbər verir ki, idarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Musayev həbs edilib.

Pərviz Musayevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TT” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...