8 İyul 2016 14:00

Sabirabad rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qalağayın kəndində yaşayan Azər Hüseynov həbs edilib.

Azər Hüseynovun həyətində kultivasiya yolu ilə yetişdirilmiş 11 çətənə kolu aşkar edilərək götürülüb.

Daha bir əməliyyatı Siyəzən polisi keçirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Dəyanət Beydullayevin Çandahar kəndində kultivasiya yolu ilə yetişdirdiyi 12 çətənə kolu aşkar edilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...