11 İyul 2016 00:13

Gəncədə avtomobil piyadanı vurub.

Hadisə bu gün saat 22 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Yolu keçmək istəyən orta yaşlı kişi hərəkətdə olan "VAZ 2107" tərəfindən vurulub. Kimliyi hələ ki məlum olmayan yaralı piyada xəstəxanaya aparılıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
\APA\


Müəllif:
Загрузка...