14 İyul 2014 12:49
443

Bakıda və Qubada piyadaların ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyulun 12-də saat 01 radələrində Xətai rayonu M.Hadi küçəsində Naxçıvan şəhər sakini Xəqani Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini İmran Şıxmirovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu rayonunda da piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. Şəhər şossesində Bakı şəhər sakini Salman Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Səbinə Zeynalovanı vurub. Piyada hadisə yerində ölüb.

Oxşar hadisə Quba şəhərinin ərazisində qeydə alınıb. Mirzəməmmədkənd kənd sakini Valeh Babaverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında dayanmış şəhər sakini Rafiq Gülməhəmməd oğlu Manquliyevə məxsus “VAZ-21074” markalı avtomobilə vurub. V.Babaverdiyev hadisə yerində ölüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: