29 Aprel 2017 10:44
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda bıçaqlanma olub.

Teleqraf.com xəbər verir ki, Müşfiqabad sakini, 1993-cü il təvəllüdlü Mohub Mehralıyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Məlumata görə, Mohub Mehralıyev tanışı ilə mübahisə zamanı ana söyüşü söyüb. Söyüşə dözməyən tanışı bıçağa əl atıb.

Hazırda Qaradağ polisi cinayəti törədən şəxsin müəyyən edilərək həbsi üçün tədbirlər görür.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: