26 May 2017 15:03
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda cibgirlik edən tutulub.

Teleqraf.com xəbər verir ki, rayonun Zabrat qəsəbəsi ərazisində hərəkətdə olan 107 saylı xətt avtobusunda Sultan Tağıyev cibindən 587 manatını naməlum şəxs oğurlayıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törədən Bakı şəhər sakini Fəhrəddin Məlikov tutulub. 15-ci polis bölməsinə gətirilənin Fəhrəddin Məlikov əvvəllər məhkum olunduğu da məlum olub.

Onun üzərinə baxış zamanı 0,766 qram heroin aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov