30 May 2017 12:25
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab Rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərov kasasiya şikayəti verib.

Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, Rüfət Səfərov Şirvan Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şoəikayətinə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Məhkəmə baxışıiyunun 20-ə təyin edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarəti qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbsə alınıb.

Şirvan Apelyasiya Məhkəməsində Rüfət Səfərovn barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.

Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib.

Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov