21 İyun 2017 16:38
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Allahqulu Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Allahqulu Əsədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Allahqulu Əsədov ötən il yanvarın 28-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq, "İkarus-256" markalı avtobusla Badamdar şosesində hərəkətdə olarkən piyada İsrafil Xankişiyevi vurub və onun üstündən keçib.

Allahqulu Əsədov xəsarət alana yardım göstərməyib, piyadanı vurduqdan sonra hadisə yerini tərk edib.

İsrafil Xankişiyev qəza yerində dünyasını dəyişib.


Müəllif: Hacı Zeynalov