22 İyul 2017 14:09
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun mərkəzində 1980-ci il təvəllüdlü Valeh Məmmədov naməlum şəraitdə bıçaqlanıb.

Valeh Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Bildirilir ki, Valeh Məmmədov rayon ərazisində çörək sexinin sahibidir. Onun dostu tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov