23 Noyabr 2017 02:29
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazaların birindən 622 manat oğurlanması barədə Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakinləri olan 2 yeniyetmə tutulub.

Onların cari il oktyabrın 17-28-də rayon ərazisində daha 1 mağazadan 9020 manat, əyləncə mərkəzindən 169 manat və mobil telefon, gözəllik salonundan isə məişət əşyaları oğurladıqları müəyyən edilib.


Müəllif: Hacı Zeynalov