4 Avqust 2014 14:42

Sumqayıt şəhərində avtomobildən pul oğurlayan şəxs tutulub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sumqayıt şəhərinin ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər, şəhər sakini Adil Feyzullayevin idarə etdiyi “İsuzu” markalı avtomobildən 299 manat pulunu götürüb və hadisə yerindən qaçıblar.

Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Mirzəyev tutulub.

Hacı Zeynalov


Müəllif:
Загрузка...