23 Yanvar 2018 11:54
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:35

“Bizim dövr” qəzetinin baş redakttoru Surxay Əliyev və onu müavini Hikmət Nəcəflinin, eləcə də Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə müdafiə tərəfi vəsatət verərək cinayət işində ailə sirri olduğu və vəzifəli şəxslərin adı keçdiyi üçün məhkəmənin qapalı keçirilməsini istəyiblər.

Məhkəmə kollegiyası vəsatəti qismən təmin edib və bildirilib ki, ailə sirri olan epizodların müzakirəsi zamanı iclas qapalı olacaq. Cinayət işi məhkəmə baxışına qəbul olunub və prokuror ittiham aktını elan edib.

Hazırda proses davam edir.

***

Prokurorun səsləndirdiyi ittihamdan Surxay Əliyevin 47, Hikmət Nəcəflinin 46 epizodda cinayət törətdikləri açıqlanıb.

Surxay Əliyev epizodu üzrə 66 min manat, Hikmət Nəcəfli epizdou üzrə 78 min manat, Maarif Abbasov epizdou üzrə 7500 manat, Sevinc Məmmədsalayeva epizdou üzrə 20 min manat, Gülbəniz Əliyeva epizdou üzrə 3900 manat zərərçəkmşlərə ziyan dəydiyi bildirilib.

Surxay Əliyev və Maarif Abbasov özünü təqsirli bilməyib. Hikmət Nəcəfli, Sevinc Məmmədsalayeva, İlahə Qasınova isə özlərini qisməm təqsirli biliblər.

Təqsirləndirilən Surxay Əliyev və digərləri hazırkı mərhələdə ifadə verməkdən imtina edib. Onlar söyləyiblər ki, zərərçəkmişlər dindiriləndən sonra ifadə verəcəklər.

Növbəti prosesa yanvarın 30-da davam edəcək.

İttihama görə, ölkədə insanları şantaj edən media orqanları rəhbərləri və əməkdaşları ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində cinayəti başlanıb.

Aparılan araşdırmalarla "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs olunub.

İstintaq araşdırması zamanı digər təqsirləndirilən Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun Surxay Əliyevlə cinayət əlaqəsinə girdikləri məlum olub. Sevinc Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.


Müəllif: Hacı Zeynalov