26 Aprel 2014 12:52
2 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda minik avtomobilindən meyit aşkarlanıb.

Teleqraf.com-un Qarabağ üzrə bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Mehdili kəndi ərazisində qeydə alınıb.

Kənd sakinləri, həmkəndliləri 1965-ci il təvəllüdlü Fikrət Eyvazovu şəxsi avtomobilində ölmüş vəziyyətdə aşkar ediblər.

Dərhal hadisə barədə rayon hüquq-mühafizə orqanlarına məlumat verilib. Meyit müayinə olunması üçün morqa qaldırılıb. Hadisənin dəqiq nədən baş verdiyi araşdırılır.

Daşqın Abdullayev


Müəllif: