15 Aprel 22:30

Masallı rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 365 manat və qızıl əşyalar oğurlanıb.

Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini İqbal Fərəcov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov
Загрузка...