24 Fevral 2015 13:13
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda narkotiklərlə bağlı xüsusi əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gərəkli kənd sakini Nurəddin Keçiliyev həbs edilib.

Onun evindən 1 kiloqram 297 qram marixuana, 20 ədəd dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu, 255 ədəd müxtəlif çaplı patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: