10 Mart 2015 12:57

Bakının Binəqədi rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, idarənin Narkotiklə Mübarizə İdarəsinin əməkdaşlarının martın 9-da Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1966-cı il təvəllüdlü Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Vəliyev həbs edilib. Onun üzərindən dövriyyəsi qanunla qadağan olunan iki ədəd qutuda qablaşdırılmış ümumi çəkisi 7,37 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin “VAZ 2107” markalı avtomobilinə keçirilən baxış zamanı əlavə olaraq, ümumi çəkisi 8 kiloqram 10 qram qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı toplanmış materiallar Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə təhvil verilib, araşdırmalar davam etdirilir.

Hacı Zeynalov


Müəllif: