8 İyul 2015 16:56

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Əfrail Nurəddinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Əfrail Nurəddinov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Əfrail Nurəddinov ötən ilin oktyabrın 29-da S.Vəzirov küçəsində Şabran rayon sakinləri, 1989-cu il təvəllüdlü Təhməz Məcidov və 1992-ci il təvəllüdlü Sevdi Camayevi bıçaqlayıb.

Məlum olub ki, hadisədən əvvəl Əfrail Təhməz və Sevdiyə yaxınlaşaraq onlardan siqaret istəyib.

Zərərçəkənlər siqaretin olmadığını bildirəndə onlar arasında mübahisə yaranıb. Bu zaman Əfrail bıçağa əl atıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...