31 İyul 2015 13:37
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində Koreya vətəndaşlarına qarşı quldurluq edən qrup üzvləri – Mehman Qədirov, Sadiq Hüseynov, Ramin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Mehman Qədirovun cəzası 5 ilə, Sadiq Hüseynovun və Ramin Məmmədovun cəzası 4 il 6 aya endirilib.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cənubi Koreya vətəndaşları Bak Unggyoonu və Park Kihyunu döyərək 500 dollar, 120 manat pul və 2 ədəd mobil telefonlarını soyğunçuluq yolu ilə almış qrupun digər üzvləri müəyyən edilib. Bakı şəhər sakinləri Ramin Məmmədov, Sadiq Hüseynov və Mehman Qədirov tutulublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Qədirov 7 il, Sadiq Hüseynov və Ramin Məmmədov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: