13 İyun 2014 12:57
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayonunun Səpnəkəran kənd orta məktəbdən silah-sursat aşkar olunub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, orta məktəbin istifadə edilməyən sanitar qovşağına baxış keçirilib. Baxış zamanı məktəbin balansında olan, hərbi dərslərin keçirilməsində istifadə üçün nəzərdə tutulmuş 2 ədəd təlim və 1 ədəd döyüş qumbaraları aşkar edilib.

Döyüş qumbarası və 1 ədəd qumbara alışdırıcısı təhlükə yaratdığından Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Hacı Zeynalov


Müəllif: