2 May 2016 17:25
189

Bu gün Səbail Rayon Məhkəməsində ötən il noyabrın 26-da Nardaran qəsəbəsində baş verən olaylarla bağlı barəsində cinayət işi başlayan Natiq Kərimovun ev dustaqlığının müddəti daha 3 ay artırılıb.

Teleqraf.com xəbər verir ki, Natiq Kərimovun ev dustaqlığının uzuadılması ilə bağlı Baş Prokurorluq məhkəməyə təqdimat verib. Təqdimata baxan hakim əlavə istintaq tədbirlərinin aparılması üçün Natiq Kərimovun barəsində olan ev dustaqlığının vaxtının daha 3 ay uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Natiq Kərimov əvvəl həbs edilsə də, sonradan barəsində seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı qərar qəbul edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticəsində, Azərbaycan vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 7 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Hacı Zeynalov


Müəllif: