26 May 2016 10:14
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Pirallahı rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayon ərazisində, Dübəndi bağlarında qeydə alınıb.

Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Ruslan Şevçen aralarında yaranmış münaqişə zəminində tanışı, 1982-ci il təvəllüdlü Aleksandr Nikoloyeviç Qraçyovu ürəyindən bıçaqla vurub. Aleksandr Nikoloyeviç Qraçyov aldığı xəsarətdən ölüb.

Hadisəni törədən Ruslan Şevçen saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: