11 İyul 2016 12:01
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndi mənə hansı obrazı versələr, oynayacam”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Arif Quliyev deyib. Aktyorun sözlərinə görə, oynamaq arzusunda olduğu bir obraz olub: “Yalandan deyə bilmərəm ki, Hamleti, Şah Qacarı oynamaq istəyirəm. Axı onları oynaya bilmərəm. Hər zaman Qoqolun “Evlənmə” əsərində Jimakini oynamaq istəyirdim, o arzuma da çatdım, oynadım. Bundan sonra mənə hansı rolu versələr, oynayacam. Nə sənətdə, nə də həyatda iddialı adam deyiləm. Oynadığım obraz bir cümlə desin, amma yaxşı cümlə olsun. Baş rol oynamağa can atmamışam və heç oynamamışam da”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər