18 İyul 2016 16:58
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Dövlət Gənc Tamaşaçılar Teatrında “Sima” teatr mükafatı təqdim olunacaq.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, ötən ildən fərqli olaraq bu il nominasiyalara bir qədər dəyişiklik edilib.

Belə ki, builki mükafatlar “Ən yaxşı tamaşa”, “Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, “Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı”, “Mövsümün ən uğurlu baletmeysteri”, “Mövsümün seçilən aktyoru”, “Mövsümün ən məhsuldar aktyoru” “Mövsümün ən məhsuldar aktrisası”, “Mövsümün ən yaxşı texniki işçisi”, “Mövsümün perspektivli aktyoru”, “Teatrın dostu”, “Mövsümün ən işgüzar əməkdaşı”, “Mövsümün ən yaxşı epizodik rol ifaçısı” nominasiyası üzrə olmaqla 12 adda müəyyənləşdirilib. Artıq münsiflər heyəti iclas keçirərək gizli səsvermə yolu ilə nominantları müəyyənləşdirib.

Nərmin


Müəllif: