17 Avqust 2016 18:07
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Köşk” tammetrajlı bədii filminin çəkilişləri yekunlaşıb.

Kinostudiyadan Teleqraf.com-a verilən məlumata görə, çəkilişlərə iyun ayında start verilmişdi.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən filmin süjet xətti müharibədə öz torpaqlarını, sevdiklərini və evlərini itirmiş iki gəncin - azərbaycanlı Azər və gürcü qızı Leylanın arasındakı sevgi əhvalatından bəhs edir. Filmin çəkilişləri Azərbaycan və Gürcüstanda aparılıb.

Romantik komediya janrında olan filmin ssenari müəllifləri İmir Məmmədli, Mirsadıq Ağazadə, quruluşçu rejissoru Mirsadıq Ağazadə, quruluşçu operatorları Elxan Rüstəmov, Ruslan Ağazadə, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Sənan Əlləz, Nini İaşvili, Zaza Asanişvili, Kamran Şahmərdan və digərləri canlandırırlar.

Nərmin


Müəllif:

Oxşar xəbərlər