Opera və Balet Teatrı sentyabrın 24-də Cüzeppe Verdinin “Bal-Maskarad” operasını təqdim edəcək.
Teleqraf.com xəbər verir ki, yeni tamaşa Beynəlxalq Üzeyir Hacıbəyli musiqi festivalı çərçivəsində təqdim olunacaq.
“Bal-Maskarad” operasının premyerası 17 fevral 1859-cu ildə Romanın Apollo teatrında baş tutub. Operanın librettosu fransız dramaturqu Ejen Skribanın tarixi faktlar əsasında qələmə aldığı pyesin motivləri əsasında yazılıb və 1772-ci ildə İsveç kralı III Qustavın müxalifətçi zadəganların nümayəndəsi qvardiya rəisi qraf Ankarstem tərəfindən əyləncə məclisində öldürülməsindən bəhs edir.
Tamaşada əsas partiyaları belorusun əməkdar artisti Stanislav Trifonov, Azərbaycanın əməkdar artistləri Fərid Əliyev, İlahə Əfəndiyeva, İnarə babayeva, Səbinə Vahabzadə, habelə solistlər Tural Ağasıyev, Əliəhməd İbrahimov və Tələt Hüseynov çıxış edəcəklər.
Nərmin