28 Sentyabr 2016 13:50
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 8-də Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşasının premyerası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, səhnə əsəri iki süpürgəçinin iş prosesində başlarına gələn komik və kədərli əhvalatlardan bəhs edir.

Tamaşada, həmçinin süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən danışılır.

Əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda təqdim olunacaq səhnə əsərinin musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.

Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli və Elmin Qiyaslı canlandıracaqlar.


Müəllif:

Oxşar xəbərlər