Boşuna deməyiblər ki, musiqi ruhun qidasıdır. Alimlər sübut ediblər ki, musiqi yuxu pozuntusundan tutmuş müxtəlif xəstəliklərə qədər faydalı təsir göstərir.
Teleqraf.com “Hürriyyet”ə istinadla musiqi dinləməyin faydalarını təqdim edir:
Yaş artdıqca beynin funksiyaları zəifləyir və neyronlar arasında əlaqədə axsaqlıq yaranır. Bu da yaşla bağlı müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Ancaq araşdırmalar göstərir ki, hər hansı alətdə ifa etmək və musiqi dinləmək beynin yüksək səviyyədə fəaliyyətinə təsir edir. Eyni zamanda, musiqi unutqanlığın qarşısını alır və zehni inkişafda xüsusi rol oynayır.
Uşaqlarınıza musiqi dinlədin: Musiqinin uşaqlar üzərindəki təsiriylə bağlı təcrübə aparılıb. Nəticəsinə əsasən, uşaqlara məktəbə qədər və məktəb çağında musiqi dinləyən uşaqlar digər uşaqlara nisbətən bilmədikləri sözləri asan qavrayırlar və zəka səviyyələri yüksək olur.
Xoşbəxt hiss etdirir: Musiqinin müxtəlif janrları var. Bəziləri insanı kədərləndirir, bəziləri sevindirir, bəziləri havaya uçurur. Ancaq hansı tərzdə olur-olsun, musiqi sizin özünüzü yaxşı hiss etməyinizə səbəb olan dopamin, serotonin hormonlarının ifrazına kömək olur, depressiyanı, stressi, qayğını azaldır.
Ürək sağlamlığına yaxşı təsir edir: Ürək xəstəliyi olan adamlar üzərində aparılan araşdırmaya görə, ürək əməliyyatı keçirən xəstələrə ən sevdikləri musiqi və ya mahnı dinlədilir və xəstənin daha çox endorfin hormon ifraz etdiyi məlum olur. Əməliyyat zamanı və sonra ürək ritminin normal səviyyədə olduğu müəyyən edilib.
Daha yaxşı yatmağınızı təmin edir: Gün ərzində hər hansı musiqi və ya sevdiyiniz müğənnini dinləsəniz, günün sonunda sizə stressdən uzaq, dərin və rahat bir yuxu gözləyir.
Musiqi yuxu problemi yaşayanlara dərman qədər təsir göstərən bir vasitədir.
Sevinc