10 Oktyabr 2016 13:56
2 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının aktyoru Hikmət Rəhimov işdən uzaqlaşdırılıb.

Bu barədə Teleqraf.com-a məlumatı Ado Teatrının rəhbəri Elmin Bədəlov verib: “Onun işdən çıxarılmasına səbəb kimi bir neçə gün öncə teatrda baş verən davanı göstəriblər. Əslində, Hikmət bəy provokasiyaya çəkilib. Səbəb başqadır”.

Elmin Bədəlov əsl səbəbin yaxın günlərdə üzə çıxacağını deyib.

Hikmət Rəhimov faktı təsdiqləsə də, məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib.

Nərmin


Müəllif: