11 Oktyabr 2016 16:39
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni film - “Gecə qonağı 2” filminin çəkilişlərinə gələn ay başlanacaq”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında rejissor Kənan Mahmudov deyib. O bildirib ki, növbəti film “Gecə qonağı 1”dəki hadisələrin davamına həsr olunmur.

“Tamaşaçılar tamamilə fərqli bir Ədiş obrazı görəcəklər. Fərda bu filmdə olmayacaq. Filmdə eyni adlar amma başqa həyatlar təqdim olunacaq.

“Gecə qonağı 2”-i çəkmək üçün “Gecə qonağı 1” və “Qayıdış” filmlərini tamaşaçılara qurban verdim. Çox təəssüf ki, bu filmlər kinoteatrlarda izlənmədi. Bu da nədən irəli gəlir? “Əşi bizdə kino var” deyib ağzını büzən tamaşaçılar çoxdur. Amma unutmaq lazım deyil ki, bir millətin tamaşaçısı nə gündədirsə filmləri də o gündədir. Bir film əgər pisdirsə bu kinoteatrda da izlənməməlidir, internetdə də. Bəs niyə internetdə filmlər yüksək reytinqlə izlənilib? Deməli tamaşaçı hələ də bizim dram çəkə biləcəyimizə inanmır.

Filmlər haqda oxuduğum şərhlərdə mənə təsir edən “Halal olsun gözləmirdik” sözü idi. Artıq gözləyin. Ümid edirəm ki, “Gecə qonağı 2” filmiylə bu durum düzələcək. Onu da deyim ki, “Gecə qonağı 2” “Gecə qonağı 1” və “Qayıdış” dan on dəfə yaxşıdır”.

Nərmin


Müəllif: