Teleqraf.com Sevinc Elsevərin yeni yazdığı “Qısqanclıq” şeirini təqdim edir:
Qadınını qısqanclıq zəminində
öldürən kişi
onu hər şeyə qısqanırdı:
əsən küləklərə də
yellənən pərdələrə də
deyinib-danışırdı
atdığı hər addıma görə
sonuncu dəfə
idman müəlliminə qısqanmışdı
amma indi
gecənin bir aləmində
beşinci mərtəbədəki mənzillərində
boğub öldürdüyü
qadının cəsədini daşıyarkən
kürəyində pillələrlə
“nə yaxşı idman zalına gedirmiş
arıqladırmış özünü” – düşünür
arvadı haqda
arabir kövrəlir hətta.