4 İyul 2014 11:40
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məndən inciyəcəklər”

Daha bir aktyor özünü rejissor kimi sınamaq qərarına gəlib.

Teleqraf.com-un xəbərinə görə, yeni mövsümdə xalq artisti Ramiz Novruz Akademik Milli Dram Teatrının səhnəsində tamaşa hazırlayacaq. Onun sözlərinə görə, artıq mətn üzərində məşqlər başlayıb:

“Çox sevinirəm ki, Mədəniyyət və Turizm Nazirliyi və teatrın rəhbərliyi mənə çox böyük etimad göstərərək tamaşa hazırlamağa şərait yaradıb. Mən də Eduardo De Filipponun “Silindr” adlı komediya əsərinə müraciət etmişəm. Mənim ilk rejissor təcrübəm olduğumdan nisbətən asan pyes seçmişəm. Həm də pyes ruhən mənə yaxındır. Filippo özü aktyor olub və aktyorun pyes yazmağı hər zaman maraqla qarşılanıb. O pyesdə dekorasiyanın quruluşunu, aktyorun sözü deyəndə hara baxmasını çox incə detallarına qədər işləyib. Və bu da rejissor kimi əsəri səhnələşdirməyi asanlaşdırır. Əsərdəki hadisə bütün dünya ölkələrində baş verə bilər. Aktyorlardan Kazım Abdullayev, Münəvvər Əliyeva, Məzahir Cəlilov, Şəhla Əliyeva, Anar Heybətov, Ləman İmanova, Dilarə Nəzərova iştirak edəcək. Unutduqlarım da ola bilər ki, buna görə məndən inciyəcəklər.

Aktyorların mənə olan inamı məni daha da ruhlandırdı. Əvvəllər də rejissor kimi özümü sınamaq istəsəm də cəsarət etməmişəm. Rejissorluğu da böyük peşə hesab edirəm. Mən Mehdi Məmmədov, Adil İsgəndərovun iş üslubu ilə tanış olduğuma, gənc rejissorlarla çox işlədiyimə görə özümü sınamaq qərarına gəldim. Sağ olsunlar ki, mənə inandılar”.

Nərmin


Müəllif: