13 Fevral 2017 16:51
2 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Kübra Dadaşova ilə vida mərasimi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Təzə Pir məscidində baş tutan mərasimdən əməkdar artistin cənazəsi son mənzilə alqışlarla yola salınıb.

Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb. Aktrisa dramatik və komik səpkili rolları eyni bacarıqla yaradıb. O, 2006-cı ildə əməkdar artisti fəxri adı ilə təltif olunub.

Uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkən aktrisa ötən gün dünyasını dəyişib.

Teleqraf.com aktyor İlham Əsədovun sosial şəbəkədə paylaşdığı videonu təqdim edir:

Pərvin


Müəllif: