Dünən Şahan Gökbakarın ssenarisini yazıb baş rolundan çəkildiyi "Recep İvedik" filminin 5-ci hissəsinin qala gecəsi baş tutub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məluimatına görə, aktyor gecəyə hamilə həyat yoldaşı ilə qatılıb. Filmin rejissoru Şahanın qardaşı Toqan Gökbahar da təqdimatda iştirak edib.
Mərasimdə sənət dünyasının məşhurları da olub.
Qeyd edək ki, "Recep İvedik 5"dəki boks səhnəsi Azərbaycanda bəzi etirazlara səbəb olmuş və bu səbəbdən aktyor həmin səhnənin filmdən çıxarıldığını demişdi. Daha sonra Türkiyənin Güləş Federasiyası da filmi tənqid edərək orada güləşin təhqir edildiyini bildirmişdir. Lakin filmin treyleri "YouTube"da Türkiyə üzrə rekord qırıb.